Ləman Ələşrəfqızının şikayəti təmin edilmədi

SİYASƏT 07 fev 2020, 19:36

117 saylı seçki dairəsindən namizədliyi qeydə alınmış Ləman İsmayılova (Ələşrəfqızı) Mərkəzi Seçki Komissiyasına müraciət edib.

 

Demokrat.az xəbər verir ki, o, müraciətində qeyd edib ki, seçkiqabağı təşviqat dövründə həmin dairədən namizədliyi qeydə alınmış digər namizəd Aqiyə Naxçıvanlı Sincan kəndində yaşayan bir tələbənin təhsil haqqını ödəyib.

 

Bununla da seçkiqabağı təşviqat kampaniyasının şərtlərini pozub. MSK ərizədə daxil olan müraciəti araşdırıb. Həmin tələbənin valideynindən izahat alınıb. O qeyd edib ki, onun övladının təhsil haqqı Aqiyə Naxçıvanlı tərəfindən ödənilməyib.

 

Araşdırmalara əsasən müəyyən olunub ki, belə bir hal müəyyən olunmayıb. L. İsmayılovanın şikayəti əsassız olduğundan təmin edilməyib. (Modern.az)


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top