Azərbaycan XİN Türkiyəyə başsağlığı verdi

SİYASƏT 06 fev 2020, 15:22

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Vanda baş vermiş qar uçqunu və İstanbulda sərnişin təyyarəsinin qəzaya düşməsi nəticəsində həlak olanlara görə Türkiyəyə başsağlığı verib.


Demokrat.az-ın xəbərinə görə, bu barədə XİN-in tvitter səhifəsində məlumat yerləşdirilib.


“Qardaş Türkiyənin Van şəhərində baş vermiş qar uçqunları və İstanbul şəhərində sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların yaxınlarına hüznlə başsağlığı bildirir, yaralılara isə Allahdan şəfa diləyirik. Kədərin kədərimizdir, qardaş Türkiyə!”, - deyə məlumatda qeyd olunub.


Xatırladaq ki, Van bölgəsinin Bahçesaray rayonunda iki gün ərzində baş vermiş qar uçqunları nəticəsində 38 nəfər ölüb.


İzmir-İstanbul aviareysi üzrə hərəkət edən “Boeing 737-800” təyyarənin Sabiha Gökçən Hava limanında qəzaya düşməsi nəticəsində 3 nəfər həyatını itirib.

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top