Mixail Saakaşvili: "Azərbaycanın parlaq gələcəyi yalnız İlham Əliyevlədir"

SİYASƏT 06 fev 2020, 16:53

"Düşünürəm ki, Azərbaycanın parlaq gələcəyi var, çünki onun, ölkənin irəli getməli olduğunu başa düşən müdrik və güclü lideri var".


Bunu Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili virtualaz.org-un müxbiri ilə eksklüziv söhbətində deyib.


Saakaşvili əmindir ki, güclü Azərbaycan həm də güclü Gürcüstandır. Amma o təəssüf edir ki, Gürcüstanda bəzi insanlar bunu anlamırlar.


“Bəziləri Azərbaycanın gücünü etiraf etmək istəmirlər. Lakin tezliklə Gürcüstanda hər şey dəyişəcək və münasibətlərimiz daha da intensiv və məhsuldar şəkildə inkişaf edəcək”,-deyə siyasətçi vurğulayıb.


Azərbaycanda keçiriləcək parlament seçkilərinə gəlincə, M.Saakaşvili son vaxtlar dost ölkədə daxili siyasi prosesləri izləmədiyini təəssüflə etiraf edib, lakin onların demokratik və azad mühitdə keçiriləcəyinə əminliyini bildirib: “Heç nə bir yerdə dayanmır və şübhə etmirəm ki, Azərbaycanda seçkilər Prezident İlham Əliyevin başladığı islahatları davam etdirəcək. Bir daha təkrar edirəm: Azərbaycanın uğuru Gürcüstanın uğurudur. Ümid edirəm ki, seçkilərə yüksək qiymət veriləcək”.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top