"Dövlətlərimiz birləşdirici körpü rolunu oynayır" — Qazaxıstanın Xarici İşlər naziri

SİYASƏT 06 fev 2020, 15:09

“Hazırda Azərbaycanla Qazaxıstan arasında münasibətlər yüksək səviyyəli və qarşılıqlı faydalı əməkdaşlıq ilə xarakterizə olunur”.

  

Bunu bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclasından sonra jurnalistlərə açıqlamasında Qazaxıstan Xarici İşlər naziri Muxtar Tleuberdi bildirib.

 

Nazir vurğulayıb ki, zamanında Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev və Azərbaycana rəhbərlik etmiş Heydər Əliyev tərəfindən əsası qoyulmuş əməkdaşlıq xətti bu gün davam etdirilir:

  

“Bu əməkdaşlıq iki ölkənin dövlət və hökumət başçıları arasında yüksək səviyyəli siyasi dialoqa əsaslanır. Eyni zamanda, iki ölkənin parlamentləri arasında əməkdaşlıq yüksək səviyyədə qurulub”.

 

Muxtar Tleuberdi vurğulayıb ki, iki ölkə arasında ticarət və iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi qarşımızda dayanan əsas məsələlərdən biridir:

 

“İki ölkə arasında ticarət əlaqələri, eyni zamanda, qarşılıqlı investisiyaların həcmi artır. Biz eyni zamanda tranzit potensialımızdan çox gözəl istifadə edirik. Çünki Qazaxıstan və Azərbaycan Avropa ilə Asiya, Avropa və Şərq arasında birləşdirici bir körpü rolunu oynayır”. (Modern.az)

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top