“Ağlı olsaydı, deputat olmaq fikrinə düşməzdi...” — Qubad İbadoğlu

SİYASƏT 06 fev 2020, 11:41

“Hərənin bir problemi var, bəzi adamların ağlı var, pulu yoxdur, digərlərinin isə ağlı yoxdur, pulu çoxdur”.


Demokrat.az xəbər verir ki, bunu ekspert Qubad İbadoğlu sosial şəbəkədə mərhum müdafiə sənayesi naziri Yavər Camalovun oğlu haqda yazıb.


Q. İbadoğlu deeyir ki, 46-cı Şirvan seçki dairəsindən deputatlığa keçmiş namizəd olan Rəşad Camalov ikincilərdəndir: “Mətbuatda Camalovların varidatı ilə bağlı dərc olunan yazılardan göründü ki, onun yaxşı pulu var, amma ağlı yoxdur. 


Ağlı olsaydı, deputat olmaq fikrinə düşməzdi, 10-15 istedadlı Azərbaycan gəncini xaricə oxumağa göndərər, 20-30 şəhid ailəsinə yardım edərdi. Adama deyən gərək, deputatlıq sənin nəyinə lazımdır?


Heç şübhəsiz ki, bundan sonra işini də itirəcək, hələ üstəlik varını və dövlətini də, qələmi də sınacaq, kitabı da bağlanacaq. Burda deyirlər ki, ata malı uşağı yanşaq eylər...”


Xatırladaqq ki, Y. Camalovun oğlu Rəşad Camalovun deputatlığa namizədliyi ötən gün MSK tərəfindən ləğv olunub. Buna səbəb onun ikili vətəndaşlığının olması göstərilib. R. Camalov həmçinin DTX-nın əməkdaşıdır.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top