Misirə uçuşlar Ermənistan şirkəti tərəfindən həyata keçiriləcək — VİDEO

SİYASƏT 05 fev 2020, 23:38

Azərbaycanlıların istirahət üçün ən çox üz tutduqları istiqamətlərdən biri də Misirdir. İl ərzində yüzlərlə həmyerlimiz Şarm Əl Şeyx və Hurqada şəhərlərinə səyahət edir. Ölkəmizdən birbaşa aviareys daha çox yay aylarında olduğundan insanlar Gürcüstan üzərindən səyahət etməyə üstünlük verirlər. Lakin artıq Gürcüstandan Misirə aviareyslər üzrə səlahiyyətli nümayəndəlik Ermənistan şirkətlərinin birinin əlinə keçib. Bu barədə yerli turizm şirkətlərinə rəsmi xəbərdarlıq məktubu gəlib.

 

Artıq Gürcüstan üzərindən Misirə uçuşlar Ermənistan şirkəti tərəfindən həyata keçiriləcək.

 

Yanvar ayının 22-dən Misir aviaşirkətinin Gürcüstanda kommersiya nümayəndəliyi dəyişib. Əvvəllər uçuşları yerli gürcü şirkəti təşkil edirdisə, artıq bu səlahiyyət erməni turizm şirkətinə ötürülüb. Bu barədə yerli turizm şirkətlərinə artıq rəsmi qaydada bildiriş təqdim edilib.

 

Turizm üzrə ekspert Elgün Babayevin sözlərinə görə, turizm nümayəndəliyinin erməni şirkətinə həvalə edilməsi ciddi narazılıqla qarşılanıb. Bəzi yerli müştərilər artıq Misirə səfər etməkdən imtina edib.

 

Ekspertlər bildirirlər ki, Misirə uçuşların alternativi olsa da, bu, həm baha başa gəlir, həm də mövsümi xarakter daşıyır. Buna görə də hazırda yerli turizm şirkətləri danışıqlar aparır. Bu barədə səfirlik və Misir hökumətinə də rəsmi qaydada müraciət edilib.

 

Azərbaycan Dövlət Turizm Agentliyindən isə bildirildi ki, hazırda məsələ ilə bağlıaraşdırma aparılır.

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top