Taekvondo üzrə Bakı şəhər Açıq Birinciliyi keçiriləcək

İDMAN 05 fev 2020, 22:59

Taekvondo üzrə Bakı şəhər Açıq Birinciliyinin builki yarışı "Xocalı soyqırımı"na həsr olunub.

 

Demokrat.az xəbər verir ki, turnir 28 fevral-1 mart tarixlərində Abşeron Olimpiya İdman Kompleksində keçiriləcək. Paytaxt birinciliyində mübarizə uşaq, yeniyetmə və gənc taekvondoçular arasında olacaq. 

 

Yarışın keçirilməsində əsas məqsəd, yetişməkdə olan nəsli Xocalı soyqırımı barədə məlumatlandırmaq, vətənpərvərlik hisslərini gücləndirilmək, idmana olan marağı artırmaqdır.


Qeyd edək ki, üç gün davam edəcək turnirə maraq olduqca böyükdür. 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top