"Bəxtiyar Hacıyevin plakatını külək qoparıb" — Bakı polisindən AÇIQLAMA

SİYASƏT 05 fev 2020, 20:14

"Növbədənkənar parlament seçkilərində namizəd Bəxtiyar Hacıyevin təbliğat-təşviqat lövhələrindən plakatlarının məqsədli olaraq qoparılması ilə bağlı iddiaları tərəfimizdən tam və hərtərəfli araşdırılıb”.


Bu barədə Demokrat.az-a Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.


“Müraciətlə əlaqədar “Təhlükəsiz şəhər” kameralarının arxiv görüntülərinə baxış keçilib. Baxış zamanı seçki lövhələrindən plakatların qoparılmasında şəxsi müdaxilə faktı aşkarlanmayıb, plakatın küləyin təsirindən qopması müəyyən olunub. Təbliğat və təşviqat prosesində polis üzərində düşən vəzifələrin icrasını yüksək peşəkarlıqla davam etdirir, daxil olunan bütün müraciətlərə diqqətlə yanaşır”, - deyə E. Hacıyev qeyd edib.


Xatırladaq ki, Bəxtiyar Hacıyev növbədənkənar parlament seçkilərində 29 saylı dairədən namizədliyini irəli sürüb. O sosial şəbəkə hesabında bildirib ki, təbliğat-təşviqat lövhələrindən posterləri cırılıb və bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top