Deputatlığa namizəd: “Bu iddiaları yayanları lənətə gəlsinlər”

SİYASƏT 05 fev 2020, 18:05

“Fəzail İbrahimli seçiciləri ilə görüş zamanı deyib ki, seçsəniz də, seçməsəniz də, mən deputat olacam. Mənim adamım var, mən artıq seçilmişlər sırasındayam”.


Bizimyol.info xəbər verir ki, bu fikirləri 69 saylı Masallı, Cəlilabad, Biləsuvarılar seçki dairəsindən namizədliyini irəli sürmüş hüquq müdafiəçisi Elçin Axundzadə səsləndirib.


Onun sözlərinə görə, bu dairədən namizədliyini irəli sürmüş Malik Həsənov (Kərəm Həsənovun qardaşıdır) Fəzail İbrahimlini eyni dairədən 4-cü dəfə deputat seçdirmək üçün seçiciləri pulla satın alır, kampaniyaya müdaxilə edir.


“Fəzail İbrahimlinin abır-həyası olsaydı, seçicilərdən bu qədər sözlər eşitməzdi. Xalqı prezidentdən narazı salan da belə "milli deputatlar" olacaq. Тəssəvür edin ki, seçicilər ona elə sözlər deyir ki, özünə hörmət edən adam üzr istəyər və ordan uzaqlaşar. Fəzail İbrahimli hələ “Respublikanski” xəstəxanada işləyən yaşlı qardaşını da özü ilə aparır ki, o da deyilən sözləri eşitsim. Anlamaq olmur ki, onun qohum əqrabaları demir ki, bəsdir bizi biabır erdin? Deyir mənim adamım var, siz ses verməsəniz də seçiləcəm. Mən onu dəfələrlə debata çağırdım gəlmədi. Sual verirəm. Niyə?”,- deyə Elçin Axundzadə bildirib.


Elçin Axundzadənin iddialarının əsli olub-olmadığını öyrənmək üçün Fəzail İbrahimli ilə əlaqə saxladıq. Fəzail İbrahimli deyilən iddialara cavab olaraq Bizimyol.info-ya bunları dedi:


“Bu iddiaları yayan insanlar lənətə gəlsin. Kiminsə üstünə çirkab atanda qayıdıb öz üstünə sıçrayar. Elçin Axundzadə kimdir ki, məni debata çağırır. Mənim görüşlərimə ötyrədilmiş adamlar göndərirlər. Görüşlərim çox rəvan gedib.20 il müdddətində gördüyüm işlər göz qabağındadır.Üzüm ağdır. Malik Həsənov mənə niyə kömək etməldir? O mənim rəqibimdir. O uğurlu kampaniya həyata keçirir. Mənim heç kimin köməyinə ehtiyacım yoxdur. Mənim nə qədər köməyə ehtiyacım var?Sən nə qədər pislik etsən də mən o səviyyəyə enməyəcəm.Görüşlərim yekunlaşıb bu barədə məlumatlar da yaymışam. Mənə qara yaxmaq istəyənlər bilsin ki, öz işimin ustasıyam.Elçin Axundzadə məni hansı hədlə debata çağırır. Mən başa düşmürəm, mən niyə onunla dialoqa getməliyəm. Kimdir o? Handadır o potensial? O nə hünərlə məni dialoqa dəvət edir Mən yalnız öz səviyyəmdə olan insanlarla diaqloqa çıxa bilərəm”,- deyən deputat “Bəs sadə insanlar, seçiciləriniz sizinlə dialoq qura bilərmi?” sualımıza “Lazım olsa, xalqın əli mənə çatar, mən onlarla görüşləri gələcək proqramıma daxil eləyirəm” deyə cavab verdi..

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top