Yavər Camalovun oğlunun namizədliyi ləğv edildi

SİYASƏT 05 fev 2020, 17:07

46 saylı Şirvan seçki dairəsindən deputatlığa namizəd Rəşad Camalovun namizədliyi ləğv olunub.


Demokrat.az-ın məlumatına görə, bununla bağlı Mərkəzi Seçki Komissiyasının iclasında məsələ müzakirə edilib.


Qeyd olunub ki, R.Camalovun ikili vətəndaşlığı olduğu üçün namizədliyi ləğv olunub. O, həm Azərbaycan, həm də Rusiya vətəndaşıdır. 


Müzakirələrdən sonra 46 saylı Şirvan seçki dairəsinin R.Camalovun namizədliyinin qeydə alınması ilə bağlı qərarı ləğv olunub.


Xatırladaq ki, R.Camalov keçmiş Müdafiə Sənayesi naziri, mərhum Yavər Camalovun oğludur.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top