"Formula 1" üzrə Çin Qran-prisi virusa görə ləğv olundu

İDMAN 05 fev 2020, 16:22

"Formula 1" üzrə Çin Qran-prisi bu il keçirilməyə bilər.


Şanxay İdman Federasiyası ölkədəki böyük idman tədbirlərinin koronavirusun aradan qaldırılmayana qədər ləğv olunduğunu bildirib. Beləliklə, yarışın təşkilinə yerli hakimiyyət rəsmən icazə verməyib. 


Beynəlxalq Avtomobil Federasiyası (FİA) və "Formula 1" rəhbərliyi hələ mərhələnin ləğvi və ya təxirə salınması ilə bağlı rəsmi açıqlama verməyib.


Qeyd edək ki, daha öncə "Formula E" çempionatında Çin Qran-prisi ləğv edilib. (Report)


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top