"Seçicilərin həyatlarına müsbət təsir edə biləcək dəyişikliklərdən danışdıq" — Ramin Məmmədov (FOTOLAR)

SİYASƏT 03 fev 2020, 22:20

Yeni Azərbaycan Partiyasının (YAP) 64 saylı Sabirabad ikinci seçki dairəsindən deputatlığa namizədi Ramin Məmmədov seçiciləri ilə görüşlərini davam etdirir. 


Bu barədə R.Məmmədov “Facebook” hesabında paylaşım edib. 


O bildirib ki, Azadkənd, Poladtuğay, Xankeçən və Çığırğan kəndlərinin sakinləri ilə görüş səmimi, maraqlı, eyni zamanda, məhsuldar olub:  


“Bu kəndlərdə yaşayan seçicilərin həyatlarına müsbət təsir edə biləcək dəyişikliklərdən danışdıq. Digər kəndlərdə olduğu kimi, seçiləcəyim təqdirdə görüşlərimizin mütəmadi olmasını arzu edən kənd sakinlərinə “baş üstə” cavabını verdim. Allah utandırmasın!” 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top