İlham Əliyevi yerindən tərpədə biləcək qüvvə yoxdur…

TƏHLİL 01 fev 2020, 14:36

9 fevral parlament seçkilərinə 9 gün qaldı. Bu günə qədər seçkiyə maraq məncə yüksək olub. Namizədlərin belə çox və müxtəlif spektrdən olması, seçicilərlə görüşlərdə kütləvilik, media və sosial setlərdə seçki mövzusunun üstünlük təşkil etməsi və hətta seçkini küsüb iqnor edən müxalifətin belə, marağa gəlib həvəslə deputat sıyahısı falı dərc etməsi ölkədə seçki aktivliyini göstərir və bu, təqdirə layiqdir. Ölkə və cəmiyyət seçki ilə yaşayır, bu da demokratiyaya addımdır.


Mənim seçkilərə qatılmamağımı soruşurlar. Bu seçkilərdə iştirak zaman və məkan baxımından uyğunsuz oldu. Bundan da əvvəl, mənim indiki əsas marağım bütün ölkənin inkişafıdır, inkişafı təmin edəcək islahatlardır, islahatlara da, təkan verəcək yeni parlamentin keyfiyyətidir. Nəinki, 1 dairədən namizəd olub o dairənin problemlərini çözmək. İslahatlar baş tutduğu inkişaflı ölkədə, mənim elmi dərəcəm və ixtisasım üzrə xalqıma və dövlətimə xidmətim, deputatdan aşağı deyil.


İslahatlar…


Mən bir siyasi ambisiyasız hüquqşünas, ondan da əvvəl, müstəqil, öhdəliksiz vətəndaş olaraq, açıq birmənalı bəyan etmişəm: Prezident İlham Əliyevin ölkəni inkişaf etdirmək niyyətinə inanır, onun da, bu yoldakı islahatlarını dəstəkləyirəm. Ən azı ona görə ki, bu gün, ölkədə özünə siyasi rəqib görməyən İ. Əliyev məntiqlə ola bilməz ki, möhkəm dövlətin, rifahlı xalqın, inkişaflı ölkənin rəhbəri olmaq istəməsin. 


İkincisi mən və elə də xalq görmürükmü ki, İ. Əliyevi yerindən tərpədə biləcək siyasi rəqib qüvvə, müxalifət, nə iqtidar içində üfiqdə belə yoxdur. O zaman biz reallıqla, əlində hakimiyyət, imkan, resurslar olan kəsdən rifah gözləyə bilərik. Nəinki utopik nağılbazdan.

 
Xalq isə yorulub artıq, rifah, yaşamaq və inkişaf istəyir, halı yoxdur daha 27 il fantaziya gözləsin.


Bunu, əvvəlki geniş yazımda əsaslandırmışam. Amma islahatlara mane olan xarici qüvvələr də, daxili qüvvələr də, təəssüf ki, iqtidariçi qüvvələr də müşahidə olunur. Ona görə xalq və cəmiyyət olaraq islahatlara, inkişafa mane olanlara yerini göstərməliyik. Ölkəni geriliyə doğru sürükləyən bəzi qüvvələrə qarşı sərt qətiyyət göstərməliyik


Seçkilər, yeni parlament


Yeni, islahat dövrünə müvafiq və prosesə güclü təkan verən, parlament hakimiyyəti qolu olması çox vacibdir. O qədər vacib ki, dövlət başçısı öz başlatdığı, hakimiyyətin icra qolunda reformalar başa çatmamış, tez növbəsiz parlament seçkisi kimi fövqəladə addıma getməli olub. Burada da, söhbət, parlamentin tərkibinin yenilənməsindən gedir, təbii ki. Binasının, strukturu, adı, fəaliyyəti tənzimləyən qanunları və sair dəyişiklikdən yox.


Yəni söhbət konkret insan amilindən gedir, yəni tərkib-seçiləcək deputatlar nəinki millət vəkilliyi səviyyəsinə layiq olmalı, həm də bu müasir yeni dəyişiklik islahat dövrünə də uyğun olmalıdırlar. Yoxsa, bu layiq deputatdır, amma müasir dövrü, yeni dönəmin prinsiplərini qavramır, köhnəlikdə ilişib qalıb təfəkkürcə, məncə bu effekt verməz.


Bəs, deyilən layiqsiz və uyğunsuz namizədlərin, parlamentə seçilə bilməməsi, qanuni əsaslarda necə tənzim oluna bilər? Hansı ki, çox lazımlıdir və bu olmazsa, bütün seçki kampaniyası, xərci, zəhməti və zamanı hədər gedər. Cavab sadədir.


Necə etmək olar?


1. İlk növbədə seçicilərimiz namizədləri öyrənib bilib, onların təbliğat dövrünü də müşahidə edib sağlam, real olaraq müəyyən etməlidirlər, yalan hay-küy salıb vədlər verib, qoca qarı əli öpənləri ayırd etməlidirlər ki, bu layiqsiz və uyğunsuzdur.


2. Bu çox yaxşıdır ki, ölkə miqyaslı təsir nüfuzlu, seçicilərdə seçim rəyi formalaşdıra bilən dövlət rəhbərliyi, Prezident, Vitse-Prezident və həm də, Prezident Adminstrasiyası kimdən ötrüsə bunu etməyəcəklər. Prezident müsahibəsində dedi ki məndən dəstək üçün xahiş edənlər olur, ancaq, dedim ki, seçicilərin hüququdur, onlarla işləyin. PA-dan Zeynal Nagdəliyev də açıqca bəyan etdi ki, köhnə qayda ilə seçki olmayacaq, bitdi artıq.


3. Yerlərdəki, rayon və dairə camaatının nüfuzlu insanları da xalqın layiqsiz və uyğunsuz yalançı namizədlərə aldanmasına imkan verməməlidir.


4. Hakim Yeni Azərbaycan Partiyası dövlətçiliyi və dövlətin maraqlarını, partiya maraqlarından üstün tutub, müəyyən dairələrdə əgər, hansısa, məsələn müstəqil namizədin, Prezidentin yeni islahat siyasətinə daha da çox uyğun gəldiyini görüncə, təmiz vicdanla onları dəstəkləməlidir.


5. MSK və Dairə seçki komissiyaları, layiqsiz və uyğunsuz namizədlərin, təbliğat prosesində, nə yolla olursa olsun parlamentə düşmək yolunda seçki qanunvericiliyini pozan hərəkətlərini sərt formada qabaqlamalı və onları dərhal seçkidən kənarlaşdırmalıdır.


6. Seçki günü layiqsiz və uyğunsuz namizədlər seçki fırıldağı və saxtakarlığına əl atarlarsa, bu zaman onların qələbəsi MSK və DSK tərəfindən tanınmamalı, təkrar seçkilər keçirilməlidir. Yeni, vicdanlı və uyğun digəri seçilsin, onların yerinə.


Bunlar hamısı mənim öz şəxsi fikirlərimdir, yeni müasir, keyfiyyətli parlamentin formalaşmasına yönəlik, ölkədəki yeni dönəm, islahatlara uyğun.


İlqar Altay

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top