Əcnəbi turistlərin Azərbaycanda nə qədər pul xərclədiyi bilindi — AZALIB

SOSİAL 29 yan 2020, 22:00

2019-cu ildə Azərbaycana dünyanın 193 ölkəsindən 3 milyon 170,4 min və ya 2018-ci illə müqayisədə 11,3% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.


Demokrat.az açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, ölkəmizə gələn xarici vətəndaşların sayı son bir ildə artsa da, onların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri azalıb.


Ötən il Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri  1 milyard 256,8 milyon manat olub ki, bu da, 2018-ci illə müqayisədə 21,6 milyon manat 1,7% az olub. 


2018-ci ildə Azərbaycana gələn xarici vətəndaşlar bank kartları vasitəsi ilə 1 milyard 278,4 milyon manat xərcləyiblər.


Rəqəmlərdən də göründüyü kimi, ötən il Azərbaycana gələn xarici vətəndaşların hər biri bank kartları vasitəsi orta hesabla 396,4 manat pul xərcləyib. Bu göstərici 2018-ci ildə 448,6 manat olub.(Yeniavaz.com)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top