Ağciyər İnstitutunda daha bir ölüm hadisəsi baş verdi

HADİSƏ 29 yan 2020, 21:19

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda (ET ACXİ) daha bir ölüm hadisəsi baş verib.

 

Demokrat.az oxu.az- a istinadən xəbər verir ki, 1983-cü il təvəllüdlü Nəsirova Səbinə Heydər qızı yanvar ayının 27-də xəstəxanada vəfat edib.


Məlumata görə, S.Nəsirova ötən il dekabr ayının 12-də olduqca ağır, kaxektik vəziyyətdə xəstəxanaya daxil olub. O, ilkin olaraq "ağciyərlərin infiltrativ vərəmi” şübhəsi ilə ikinci Reanimasiya Şöbəsinə yerləşdirilib. Müvafiq müayinələr nəticəsində vərəm xəstəliyi inkar edilib.

 

Məlum olub ki, xəstə S.Nəsirova "İnsanın İmmun Çatışmazlığı Virusu İnfeksiyası, dördüncü klinik mərhələ, İnterstisial pnevmaniya, oral kandidoz” diaqnozu ilə dekabr ayının 19-da birinci Reanimasiya Şöbəsinə köçürülüb və müvafiq müalicə aparılıb.

 

Reanimatoloq, pulmonoloq və QİÇS-lə Mübarizə mərkəzinin həkiminin nəzarəti altında intensiv müalicə tədbilərinə baxmayaraq, xəstədə əsas xəstəliyin ağırlaşması kimi kəskin ağciyər-ürək çatışmazlığı inkişaf edib və xəstənin bioloji ölümü gerçəkləşib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top