Bakı Limanında sanitar nəzarət gücləndirilib

GÜNDƏM 29 yan 2020, 18:28

Bakı Beynəlxalq Dəniz Limanı (Bakı limanı) sanitar nəzarət gücləndirib.


Bu barədə Demokrat.az-a Bakı Limanından bildiriblər. 


Qeyd olunub ki, “Koronavirus - 2019-nCoV'” virusunun Çində yayılması xəbəri fonunda, Bakı Limanında sanitar nəzarət gücləndirilib:


"Sərnişinlərin və yüklərin daxil olma məntəqəsində Bakı Limanı və Dövlət Gömrük Komitəsi tərəfindən zəruri profilaktik tədbirlər görülür. Limana daxil olan sərnişinlər və yüklər xüsusi stasionar və mobil avadanlıq vasitəsi ilə yoxlanılır və daha sonra əraziyə buraxılışlarına icazə verilir. Əlavə olaraq Liman ərazisində daimi olaraq təcili tibbi yardım avtomobili fəaliyyət göstərir".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top