Namizədin vəkili: “Hər kəsi Rauf bəyə səs verməyə çağırıram” (FOTO)

GÜNDƏM 29 yan 2020, 18:01

Bu gün 35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizəd Fərzəliyeva Gülşən Teymur qızı namizədliyini geri götürüb.


Demokrat.az xəbər verir ki, bu barədə onun vəkili Fatma Səfərova məlumat verib.


R.Arifoğlunun seçki qərargahında onu ziyarət edən F.Səfərova bildirib ki, G.Fərzəliyeva öz namizədliyini R.Arifoğlunun xeyrinə geri götürüb.


Onun sözlərinə görə, Gülşən Fərzəliyevanın seçki komandası bundan sonrakı mərhələdə R.Arifoğlunun komandasına dəstək verəcək və öz tərəfdarlarını da Rauf Arifoğluya səs verməyə çağırır: 


“Biz bu seçkilərdə real güc hesab etdiyimiz Rauf Arifoğlu Abbasovun xeyrinə namizədliyimizi geri götürdük. Hesab edirik ki, seçici öz səsini daha şanslı, seçici üçün iş görə bilən namizədə verməlidir. Bu namizəd isə Rauf Arifoğlu Abbasovdur”.(Musavat.com)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top