Brayantın ölümünə səbəb olan erməni pilotun səhvləri açıqlandı — FOTO

DÜNYA 29 yan 2020, 19:20

Uçuş təlimi üzrə amerikalı ekspert məşhur basketbolçu Kobe Brayantın təyyarəsini idarə edən erməni pilot Ara Zobayanın səhvləri barədə danışıb.


Bu barədə "Daily Mail" xəbər yayıb.


Rendi Uoldman radar izləmə məlumatlarına əsaslanaraq, Zobayanın özünü itirmiş ola biləcəyini deyib. Onun sözlərinə görə, helikopterin qeydə alınmış sürəti onda idarəetmənin tamam itirildiyini göstərir.


"Orientasiyanı itirəndə hiss orqanları tamamilə "çökür". Siz haranın yuxarı, haranın isə aşağı olduğunu anlamırsınız", - deyə Uoldman vurğulayıb.


O, əlavə edib ki, pilot əlverişli görünüşü olan təhlükəsiz yerə qayıda bilərdi.


Xatırladaq ki, Kobe Brayant yanvarın 26-da aviaqəzada həlak olub. Göyərtədə idmançının 13 yaşlı qızı Cianna və daha səkkiz nəfər olub.

 

Brayantın ölümünə səbəb olan erməni pilotun səhvləri açıqlandı - FOTO

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top