Zaur Darabzadə: günə 500 qapı döyən gənc namizəd — VİDEO

SOSİAL 29 yan 2020, 16:17

23 saylı Nəsimi-Səbail seçki dairəsindən namizədliyi qeydə alınan “CinemaPlus” kinoteatrlar şəbəkəsinin İdarə Heyətinin üzvü Zaur Darabzadə seçki dairəsi ərazisində yaşayan sakinlərlə görüşlərini uğurla davam etdirir.

 

Darabzadə və komandası hər gün 500 seçicinin qapısını döyür, onların qonağı olur, problemləri ilə maraqlanır, özü barəsində məlumat verir və buklet təqdim edir.

 

Demokrat.az xəbər verir ki, bu barədə Zaur Darabzadənin rəsmi facebook səhifəsində məlumat yerləşdirilib.

 

Artıq bugünədək 3 mindən çox seçici ünvanına gedən Zaur Darabzadə təşviqat kampaniyasının sonuna qalan 10 gündə də dayanmadan görüşlərini davam edəcəyini bəyan edib.

 

Namizəd mənzildə olmayan sakinlərin qapısından isə öz bukletini asır.

 

Z.Darabzadə ilə bağlı maraqlı videomaterialı təqdim edirik.

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top