Bakıda tanınmış redaktorun “Əməkdar jurnalist” vəsiqəsi oğurlandı — FOTO

HADİSƏ 29 yan 2020, 14:46

Bakıda marketdə tanınmış jurnalist, "Xalq qəzeti"nin redaktoru Tahir Aydınoğlunun əl çantası oğurlanıb.

 

Demokrat.az xəbər verir ki, T.Aydınoğlu “report”a açıqlamasında məlumatı təsdiqləyib.

 

Hadisə yanvarın 28-i saat 18:45 radələrində, Nəsimi rayonunda yerləşən paytaxtın məşhur marketlərindən birində qeydə alınıb:

 

“Həmin vaxt marketə daxil olub əl çantamı saxlanc qutusuna qoydum. Marketdən alış-veriş edəndən sonra çantamın oğurlandığını gördüm.
 

Bu barədə mühafizəçiyə və polisə müraciət elədim. Hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşları gəldi. Kameraya baxış zamanı çantanı gənc oğlanın oğurladığını gördük”.

Tahir Aydınoğlu:

T.Aydınoğlu qeyd edib ki, əl çantasının içərisində ona məxsus 3 mobil telefon, plastik bank kartları, açarlar və “Əməkdar jurnalist” vəsiqəsi olub:

 

“Mənə də əsas təsir edən “Əməkdar jurnalist” vəsiqəmin oğurlanmasıdır.

 

Bank kartlarının hesablarını artıq dondurmuşam. İnanıram ki, polis əməkdaşları oğurluq edən şəxsi tapacaq”.

 

Fakt üzrə araşdırma aparılır.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top