Çindən dünyaya yayılmaqda olan və epidemiyaya çevrilmiş yeni koronavirus (2019-nCoV) haradan yayıldığı rəsmən açıqlanıb.
Demokrat.az xəbər verir ki, Çinin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi öldürücü virusun mənbəyinin ölkənin Vuhan şəhərindəki Huanan Dəniz Məhsulları və Topdan Satış bazarından yayıldığını təsdiqləyib. Həmin bazarda qanunsuz şəkildə koala, qarışqayeyən, viverra və bir çox qadağan olunmuş heyvan ətləri satılır.
Son məlumatlara əsasən, koronavirusdan 132 nəfərin öldüyü açıqlanıb. Bu virusa yoluxanların sayının 5974 nəfərə çatdığı bildirilir.
Elçin