“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) emitentin uzunmüddətli defolt reytinqini (IDR) və prioritet təminatsız reytinqini “BB+” səviyyəsində təsdiqləyib. Reytinq üzrə proqnoz isə “Sabit”dir
Demokrat.az SOCAR-a istinadla xəbər veirr ki, SOCAR-ın reytinqi Azərbaycanın reytinqinə (BB + / sabit) uyğun hesab olunub:
"Bu uyğunluq şirkətə maliyyə təminatı, nağd ödəmələr və kapital qoyuluşları şəklində göstərilən dövlət dəstəyinə, həmçinin SOCAR-ın sosial funksiyalarına və neft-qaz layihələrinin inkişafı üçün dövlət vasitəsi kimi əhəmiyyətinə əsaslanır".
Reytinqdə SOCAR-ın sosial rolu da nəzərə alınır.