Çində insanlar yollarda ölür, virus sürətlə yayılır — VİDEO

GÜNDƏM 29 yan 2020, 09:59

Çində yayılan koronavirus insanların həyatına son qoymağa davam edir.


Xarici medianın məlumatına görə, virusa yoluxanların sayı 6 minə çatır.


Virusdan ölənlərin sayı isə 132 nəfər olub.


Çin hökuməti virus yayılan bölgələrdə insanların giriş-çıxışlarına məhdudiyyətlər qoyub. Həmin bölgələrdə karantin elan edilib.


Qeyd edək ki, alimlər koronavirus “nCoV”-la 2019-cu ilin sonunda tanış olublar.


Dünya Səhiyyə Təşkilatı da “nCoV”-la bağlı həyəcan təbili çalıb.


Bildirilir ki, koronavirusların 37-dən artıq növü var. Lakin yayılan “nCoV” həkimlərin ən çox qorxduğu virus ailəsindəndir.


“nCoV”-dan da yeni MERS və SARS qorxunc virusları törəyir. Elm adamları bildirirlər ki, bu viruslara yoluxma insanlarda 90 faiz ehtimalla ölümlə nəticələnə bilər.


İndiyə qədər bu viruslara yoluxanların 35 faizi ölüb.


Amerikalı alimlər isə Çində yaranan təhlükəli virusun məhv edilməsi üçün yeni vaksinlərin yaradılması istiqamətində çalışırlar. (Baku.ws)

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top