Koronavirusdan ölənlərin sayı 132 nəfərə çatdı

GÜNDƏM 29 yan 2020, 09:07

Çində yeni növ koronavirusdan ölənlərin sayı 132 nəfərə çatıb.


"RİA Novosti"nin məlumatına görə, bu barədə Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsindən bildiriblər.


Belə ki, yeni növ koronavirusa yoluxanların sayı 5974 nəfər çatıb. Daha əvvəl 106 nəfərin öldüyü, 4515 nəfərin virusa yoluxduğu bildirilirdi.


Son sutka ərzində xəstəxanalardan 43 nəfər evə buraxılıb.


Qeyd edək ki, Çindən əlavə yoluxma halları Tailand, Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya və Almaniyada da qeydə alınıb. (Trend)

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top