Alimlər koronavirus əleyhinə vaksin hazırladılar

GÜNDƏM 28 yan 2020, 23:39

Honkonqun tədqiqatçılar qrupu koronavirusa qarşı vaksin hazırlayıb, ancaq preparatın sınaqdan keçirilməsi üçün uzun müddət vaxt lazım olacaq.

 

Demokrat.az “Report”a istinadən xəbər verir ki, bu barədə Honkonq Universitetinin mikrobioloquna istinadən Çinin “South China Morning Post” qəzeti məlumat yayıb.
 

"Biz artıq vaksini yaratdıq, amma dərmanın heyvanlar üzərində yoxlanılması üçün uzun müddət lazım gələcək", - professor Yuen Kvok-Yunq bildirib.

 

Honkonq professorunun sözlərinə görə, heyvanlar üzərində sınaq aylarla, insanlar üzərində kliniki sınaqlar isə azı bir il vaxt apara bilər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top