Oqtay Gülalıyevin oğlu atasının vəziyyətindən danışdı

GÜNDƏM 28 yan 2020, 21:17

Türkiyədəki “American Hastanesi”ndə müalicə alan hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhəti ağır-stabil olaraq qalır.

 

Bunu Modern.az-a açıqlamasında hüquq müdafiəçisinin oğlu Təbriz Gülalıyev bildirib.

 

Onun sözlərinə görə, əməliyyatdan sonra hər şey qaydasındadır.

 

T.Gülalıyev qeyd edib ki, hələlik atası komadan ayılmayıb:

 

“Reabilitasiya dövrü komadan ayıldıqdan sonra olacaq. Komadan ayıldıqdan sonra isə hansı fəsadların qalacağı bilinmir”.

 

Xatırladaq ki, Oqtay Gülalıyev ötən ilin oktyabr ayında Bakıda taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə vurulub. Bakı Şəhər Baş Polis İdarəsinin məlumatına görə, sürücü Oqtay Gülalıyevi Kliniki Tibbi Mərkəzə çatdırıb. İlkin tibbi yardım göstərildikdən sonra Oqtay Gülalıyev “City Hospital”a köçürülüb, oktyabrın 30-u saat 13 radələrində burada əməliyyat olunub.


Beyin əzilməsi diaqnozu qoyulan Oqtay Gülalıyev noyabrın 1-də Respublika Neyrocərrahiyyə Xəstəxanasının reanimasiya şöbəsinə köçürülüb. Bir gün sonra Türkiyəyə aparılıb. Onun bütün müalicə xərclərini Heydər Əliyev Fondu öz üzərinə götürüb.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top