Azərbaycanda koronavirusdan 12 nəfərin ölməsi iddiası ilə bağlı RƏSMİ AÇIQLAMA

GÜNDƏM 28 yan 2020, 16:42

"1987-ci il təvəllüdlü Əliyeva Gülnar Namaz qızı iki gün öncə Mərkəzi Klinik Xəstəxanada vəfat edib"


Demokrat.az xəbər verir ki, bu sözləri jurnalist Həbib Müntəzir özünün feysbuk hesabında paylaşıb. 


Həbib Müntəzir qeyd edib ki, Gülnar Əliyeva bir neçə gün öncə ağciyərlərin iltihablanması diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. 


"Sədərəkdə kiçik sahibkar kimi işləyirdi. Sədərəkdə Çin mallarının sıx satıldığı yer idi. Həkim xəstə yaxınlarına deyib ki, eyni diaqnozla artıq 12 nəfər dünyasını dəyişib. Bu məlumat panika filan yaratmaq üçün deyil, sadəcə rəsmi orqanlar mütləq şəkildə əhalini məlumatlandırmalıdır və maarifləndirməlidir. Xəstəlikdən maksimum qorunmanın yollarını anlatmalıdır, əlavə tədbirlər görülməlidir. Gizlətməklə nəsə etmək çıxış yolu deyil, bunu illərdir deyirik", - deyə o əlavə edib.
 

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin də mövqeyin öyrəndik. Nazirliyin mətbuat xidmətindən məlumatı təkzib etdilər. 


"Ölüm faktı ilə bağlı ancaq prokurorluq açıqlama verə bilər ki, səbəblər nədir. Ancaq ümumilikdə Azərbaycanda koronavirusa yoxulma halı qeydə alınmayıb, bu diaqnoz heç kimə qoyulmayıb", - deyə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.


Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Nazirlər Kabinetində, Ümumdünya Səhiyyə Təşkilatının və Çin Xalq Respublikası hökumətinin elan etdiyi kimi, ÇXR-in Uhan şəhərində yayılmış və artıq dünyanın başqa regionlarında da qeydə alınmış koronavirus epidemiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsi üçün müşavirə keçirilib.birlər görülməlidir. Gizlətməklə nəsə etmək çıxış yolu deyil, bunu illərdir deyirik", - deyə o əlavə edib.(Anews.az) 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top