Deputatlığa namizədə meyxana qoşdular: "Namizədin kimdir sənin..." (VİDEO)

MARAQLI 28 yan 2020, 15:41

44 saylı Sumqayıt-Xızı seçki dairəsindən namizəd Əzimağa İbrahimov təbliğat və təşviqat kampaniyasında meyxanaya müraciət edib. 


Demokrat.az xəbər verir meyxana ustadları Rəşad Dağlı və Rüfət Nasosnu Əzimağa İbrahimovun təbliğatına həsr olunmuş meyxana deyiblər. Həmin meyxananın müşayiəti ilə namizədin reklam çarxı hazırlanıb.


Əzimağa İbrahimov namizədliyini öz təşəbbüsü ilə irəli sürüb. O, “Azərbaycan Dəmir Yolları” QSC-də hüquq şöbəsinin rəisi vəzifəsində çalışır.


Bəzi iddialara görə, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov da onun deputat seçilməsinə çalışır. Bu dairədən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi Sumqayıt şəhər Uşaq Xəstəxanasının baş həkimi Müşfiq Məmmədlidir. Dairədə güclü namizədlərdən biri də şahmat üzrə beynəlxalq dərəcəli qrossmeyster, Sumqayıt şəhər Bələdiyyəsinin sədr müavini Zeynəb Məmmədyarovadır. O, Azərbaycanın tanınmış şahmatçısı Şəhriyar Məmmədyarovun bacısıdır.


Bu dairədən deputat Hacı Salayev də namizədliyini irəli sürmşüdü. Lakin o bir neçə gün əvvəl açıqlama verərək namizədliyini geri götürdüyünü deyib.(Yeni Sabah)

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top