Bakıda azyaşlının qarnından çıxanlar şoka saldı — FOTOLAR

HADİSƏ 28 yan 2020, 16:32

Bakıda daha bir uşaq maqnit udub.


Demokrat.az “report”a istinadən xəbər verir ki, 5 yaşlı uşaq ehtiyatsızlıqdan 8 ədəd maqnit udub. Uşağın valideynləri həkimə müraciət ediblər.


Məlum olub ki, maqnitlər uşağın nazik bağırsağını deşib.


Həkimlər əvvəlcə qapalı əməliyyat edərək maqnitlərin 4-nü, daha sonra açıq əməliyyat həyata keçirilərək digər 4 maqniti bağırsaqdan çıxarıb.


Maqnitlərin yaratdığı fəsadlar aradan qaldırılıb.


Hazırda uşağın vəziyyəti yaxşıdır və müalicəsini evdə davam etdirir.


Qeyd edək ki, bir neçə gün bundan qabaq 2 yaşlı uşaq 5 ədəd maqnit udmuşdu.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top