Konstitusiya Məhkəməsi hakiminin oğlu oğurlandı

DÜNYA 28 yan 2020, 16:58

Ermənistan Konstitusiya Məhkəməsinin hakimi Qrant Nazaryan səkkiz yaşlı oğlunun qaçırıldığını bildirib.


Ermənistanın shamshyan.com saytı məlumat verir ki, 61 yaşlı Q.Nazaryan ötən gün polis idarəsinə müraciət edərək bildirib ki, səkkiz yaşlı oğlunu keçmiş həyat yoldaşı Lori Anneye verib. Qadın isə uşağı naməlum istiqamətdə aparıb. 


Hakim hesab edir ki, keçmiş həyat yoldaşı uşağı oğurlayıb. 


Hüqüq-mühafizə orqanlarının əməkdaşları faktla əlaqədar istintaq aparmaq üçün sənədləri toplamağa başlayıb. 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top