Hadi Rəcəbli xəbər saytlarını məhkəməyə verir

SOSİAL 28 yan 2020, 15:15

Bu ilin fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində 74 saylı Lənkəran kənd seçki dairəsindən deputatlığa namizəd Hadi Rəcəbli və bir qrup Lənkəran sakini bəzi xəbər saytlarını məhkəməyə verirlər.

 

Namizədin seçki qərargahından Demokrat.az-a bildirilib ki, buna səbəb həmin xəbər saytlarında H.Rəcəbli barəsində həqiqətəuyğun olmayan informasiyaların yayılmasıdır.

 

“Bəzi mətbuat orqanlarında Hadi Rəcəblinin guya yağ və pul paylaması ilə bağlı məlumatlar yayılıb. Bu, tamamilə yalandır. Bir neçə dəfə seçkidə iştirak etmiş və qalib olmuş şəxsin belə bir addım atması mümkün deyil. Həmin xəbər saytlarında iddia olunur ki, guya Hadi Rəcəbli deyib ki, indidən bəllidir, deputat seçilib. Hadi Rəcəbli peşəkar kadrdır, heç vaxt belə bir ifadə səsləndirməz... Kimin güclü və ya zəif olması bu ilin fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində bilinəcək. Seçicilər Hadi Rəcəblinin barəsində yazılanlardan narahat olublar və onlar məhkəməyə müraciət edəcəklərini bildirirlər. Seçicilərin müraciəti əsasında məhkəməyə müraciət etmək qərarına gəlmişik. Həmin xəbər saytlarının rəhbərləri yazdıqlarını sübut etməlidirlər” – seçki qərargahından məlumat verilib. (pravda.az)


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top