Fatimə Mövlamlı saxlanılıb? — Polisdən AÇIQLAMA

HADİSƏ 28 yanvar 2020, 15:02

"Blogger Fatimə Mövlamlının polis tərəfindən saxlanılaraq, ona təzyiq göstərilməsi ilə bağlı sosial şəbəkələrdə yaydığı məlumatlar tamamilə əsassızdır".

 

Bu barədə Demokrat.az-a Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib. O qeyd edib ki, fatimə Mövlamlı polis orqanları tərəfindən saxlanılmayıb: "Deyilənlər həqiqəti əks etdirmir. Bu kimi yalnış informasiyaların məqsədli şəkildə dövriyyəyə buraxılması təəssüf doğurur, böhtan xarakteri daşıyır".

 

Qeyd edək ki, blogger Fatimə Mövlamlı Bakının mərkəzində çəkiliş aparan zaman polis tərəfindən saxlanıldığını və təzyiqə məruz qaldığını açıqlayıb.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top