Gülnarə Kərimovanın İngiltərədəki daşınmaz əmlakının SİYAHISI AÇIQLANDI

DÜNYA 28 yan 2020, 14:07

İngiltərədə Gülnarə Kərimovaya məxsus mülklər siyahısına Surreydəki ev və Londonun nüfuzlu prospektində ümumi dəyəri 40 milyon funt sterlinq (52 milyon dollar) olan iki mənzil daxildir.


Demokrat.az-ın məlumatına görə,konkret.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Kərimovaya məxsus obyektlərdən biri 1912-ci ildə inşa edilib. Ərazidə təxminən 70 min kvadratmetr sahəsi olan qayıq gəzintiləri və bağlar üçün bir göl var. “Özbək şahzadəsi”nin malikanəsinin yanında nüfuzlu zəngin insanların malikanələri, xüsusən də Bruney sultanına məxsus əmlaklar var.


Böyük Britaniyanın paytaxtında Özbəkistanın ilk prezidentinin qızı iki mənzilə sahibdir – Mayfair rayonunda 8 milyon (10.4 milyon dollar) və Belqraviya bölgəsində 2 milyon funt sterlinq (2.6 milyon dollar) dəyərində.


2018-ci ilin oktyabr ayında Kərimova tərəfindən korrupsiya yolu ilə əldə etdiyi üç daşınmaz əmlak da daxil olmaqla, əmlakın müsadirə edilməsi üçün məhkəmə iddiası qaldırılıb. Ancaq hansı obyektlərin nəzərdə tutulduğu barədə heç nə deyilmir.


Ötən il Fransa hakimiyyəti Özbəkistana Kərimovanın əmlakının satışından pul verəcəyini bildirmişdi. Söhbət Parisdə üç obyektdən gedir – mənzil, Sent-Tropez bölgəsindəki bir villa və Paris ətrafındakı bir kompleks.


İsveçrə prokurorluğu da İsveçrə banklarının hesablarında dondurulmuş bir özbək iş qadınının pullarını qaytarmağa hazırdır. Bununla birlikdə, aktivlər müəyyən şərtlər daxilində Özbəkistana veriləcək: Daşkənd vəsaitin geri qaytarılması prosedurunun şəffaf olacağına, pulun əhaliyə və ya ölkənin inkişafına xeyir verəcəyini və qanunsuz dövriyyəyə girməyəcəyinə zəmanət verməlidir.


Qeyd edək ki, iki il əvvəl Özbəkistanda Gülnarə Kərimovaya qarşı mənimsəmə və vergidən yayınma ittihamı ilə iki cinayət işi açılıb.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top