Traktorun qəzaya düşməsi bir kəndi qazsız qoydu — FOTOLAR

HADİSƏ 28 yan 2020, 09:34

Yanvarın 28-də səhər saatlarında Zərdab pambıqtəmizləmə zavoduna məxsus texnika rayonun Qazyan kəndi ərazisində diametri 108 mm olan yerüstü qaz xəttinin üzərinə aşıb. 

 

Bu barədə Demokrat.az-a məlumat “Azəriqaz” İB-nin mətbuat xidmətindən daxil olub.

 

Məlumata görə,  hadisə nəticəsində qaz xətti qırılıb. Qəzyan kəndinin bir hissəsi – təqribən 300 abonentin qaz təminatında fasilə yaranıb. 

 

Hadisənin səbəbləri araşdırılır və fəsadların tezliklə aradan qaldırılması üçün tədbirlərin görülməsinə başlanılıb.

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top