Çində koronavirus qurbanlarının sayı 106-ya çatdı — yoluxanlar isə 4515 nəfərdir

DÜNYA 28 yan 2020, 09:07

Çində koronavirusa yoluxanların sayı artıb.

 

Bu barədə “Sinxua” agentliyi xəbər verir.

 

Qeyd edilir ki, virusa yoluxanların sayı 4515 nəfərə çatıb.

 

Daha əvvəl “Vani” portalı Çin regionlarının məlumatına əsasən virusa yoluxanların sayının 4477 nəfərə çatdığını, 106 nəfərin öldüyünü xəbər verib.

 

“Agence France-Presse” isə bildirib ki, ötən gün Hubey əyalətində yeni pnevmaniyadan daha 24 nəfər həlak olub. Həmçinin virusa 1291 yeni yoluxma hadisəsi qeydə alınıb. (Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top