Azərbaycanda dəhşətli qəza: Ölənlərdən ikisi qardaşdır

HADİSƏ 27 yan 2020, 22:14

Şəmkir rayonunda ölümlə və xəsarətlə nəticələnən ağır yol qəzası baş verib.


“Report“un məlumatına görə, qəza zamanı ağır xəsarət almış yaralılardan biri xəstəxanada vəfat edib


Bununla da qəzada ölənlərin sayı üç nəfərə çatıb. Məlumata görə, ölənlərdən ikisi qardaşdır. 


Qeyd edək ki, hadisə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayonunun Üçtəpə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 


Faktla bağlı araşdırma aparılır.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top