Səməd Seyidov: “Avropa Şurası bu gün böhran vəziyyətini yaşayır“

SİYASƏT 27 yan 2020, 22:36

“Avropa Şurası bu gün böhran vəziyyətini yaşayır“.


Demokrat.az “Report”a istinadən xəbər verir ki, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bu gün başlayan qış sessiyasında Azərbaycanın bu qurumdakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.


“Bu gün AŞPA-nın qış sessiyası zamanı 8 ölkənin nümayəndə heyətinin səlahiyyətinə etiraz edildi. Bu o deməkdir ki, biz bu gün böhran vəziyyətindəyik. Bizim Ermənistandan olan həmkarlarımız Azərbaycan haqqında burda birmənalı fikirlər söyləyirlər. Başqa ölkənin torpaqlarını işğal edən, qırğınlara yol verən və qadın və uşaqları qətlə yetirən bir ölkənin nümayəndələri hansı haqla belə bəyanatlara yol verir“, - S.Seyidov deyib.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top