Karateçilər ilin yekununu belə qeyd etdilər — FOTOLAR

İDMAN 27 yan 2020, 19:40

Azərbaycan Karate-do Federasiyaları Assosiasiyası tərəfindən ilin yekunlarına həsr olunmuş genişmiqyaslı tədbir keçirilib.  

 

Demokrat.az xəbər verir ki, idman mütəxəssislərinin, idmançıların və onların valideynlərinin iştirak etdiyi möhtəşəm tədbirdə Dünya və Avropa çempionu Arif Məmmədov öz çıxışında il ərzində əldə olunan nailiyyətlərdən danışıb və ötən il ərzində qazanılmış uğurların səbəbini görülən səmərəli işin nəticəsi kimi qiymətləndirib. O, bu günün karate üçün unudulmaz və əvəzolunmaz   tarixi gün olduğunu diqqətə çatdırıb. 


A.Məmmədov onu da vurğuladı ki, 2019-cu ildə karateçilərimiz 11 yarışda iştirak edərək, ümumilikdə 464 medala sahib olub. Bu nəticələri 37 məşqçinin yetirmələri əldə edib. İdmançılarımız 185 qızıl, 103 gümüş, 176 bürünc medal qazanmışdır. 

    
Sevindirici haldır ki, qızıl medalların sayı digər əyarlı medalların sayından daha çoxdur. Əslində, bu federasiyanın daha bir uğuru sayılmalıdır. 

 

Tədbir zamanı həm məşqçilər, həm idmançılar və həm də valideynlər federasiya tərəfindən illər boyu göstərilən yüksək diqqətə görə öz təşəkkürlərini bildiriblər. Qeyd olunub ki, ötən 4 il müddətində AKFA-nın məşqçi və hakim heyəti hər zaman ən yüksək diqqətə layiq görülüblər. Minnətdarlıq edən hər kəs bu cür mühitin yaranmasına görə şəxsən Ülvi Quliyev başda olmaqla Arif Məmmədova dərin rəğbətlərini ifadə ediblər. 

 

Daha sonra federasiya tərəfindən il ərzində fərqlənmiş idmançılar, məşqçilər və hakimlərə pul mükafatları və qiymətli hədiyyələr təqdim olunub: 

 

“İlin ən yaxşı kişi idmançısı” – Elton Əliyev
“İlin ən yaxşı qadın idmançısı” – Cansu Əhmədzadə
“İlin məşqçisi”  –  Azər Aslanov
“İlin baş  məşqçisi”  –  Əli Rəcəbov 
 “İlin ən intizamli məşqçisi” – Bəhram Hətəmov
“Region üzrə ən fəal məşqçi” – Bəşir Mahmudov
“İlin regionu” – Sumqayıt şəhəri
“İlin klubu” – Mərkəzi Karate Məktəbi
 “Ən perspektivli idmançı” – Uğur Səmədli
“İlin hakimi (kişilər)” – Elşən Xamoyev
“İlin hakimi (qadınlar)” – Elnurə Ramazanova
 “İlin ən yaxşı telekanalı”– REAL TV
“İlin ən yaxşı xəbər saytı” – “Demokrat.az”  xəbər portalı

 

Həmçinin, bəzi məşqçi və idmançılara Gənclər və İdman Nazirliyi tərəfindən verilən fəxri adlar onlara təqdim edilib. Aşağıda adları qeyd olunan məşqçi və idmançılara "Azərbaycan Respublikasının İdman Ustası" fəxri adı verilib: 

 

Dünya və Avropa çempionu  –  Qurbanov Ülvi  Elşən oğlu 
Dünya və Avropa çempionu – Rzayev Bəxtiyar Zahid oğlu 
Avropa çempionu – Həsənov Adil Yusif oğlu

 

2016-cı ildə federasiya tərəfindən ilin məşqçisi seçilmiş Elşən Ələmdar oğlu Xamoyev isə “Azərbaycan Respublikasının əməkdar məşqçi”si fəxri adına layiq  görülüb. 


20-22 dekabr 2019-ci il tarixlərində Hitoşi Kasuyanın keçirdiyi dan imtahanında məşqçi və idmançılar fərqləniblər. Fərqlənən şəxslərin sertifikatları onlara təqdim olunub: 

 

Siyavuş Quliyev – I dan
Vüsal Seyidov – I dan

 

Qeyd edək ki, böyük ustadlar Ülvi Quliyev və Füzuli Musayev 8-ci dana layiq görülmüşlər. 

 

06-08 dekabr 2019-cu il tarixlərində karate üzrə ilk dəfə keçirilən “Azerbaijan Open” beynəlxalq turnirində qızıl medallar qazanan və bununla da ilin yekununa düşən idmançıların məşqçiləri xüsusi qızıl medallarla təltif  olunmuşlar. Həmin məşqçiləri təqdim edirik: 

 

Azər Aslanov
Niyazi Əliyev 
Elşən Xamoyev
İbrahim Heydərov
Xəyal Fərhadov
Rəşad Qasımov
Namiq Pirverdiyev

 

Sonda Demokrat.az xəbər portalı olaraq, Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasına idmana göstərdiyi xidmətlərinə, həmçinin saytımıza verdiyi yüksək dəyərə görə kollektivimiz adından xüsusi təşəkkürümüzü bildiririk. 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top