İranda güclü zəlzələ oldu

DÜNYA 27 yan 2020, 20:51

İranın cənubunda yerləşən Fars vilayətinin Xane Zenyan məntəqəsində 5,4 bal gücündə zəlzələ baş verib.

 

Demokrat.az-ın məlumatına görə, bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi bildirib.

 

Zəlzələ yerli vaxtla saat 16:58 dəqiqədə 7 km dərinlikdə qeyd alınıb.

 

İranın Təcili Yardım Təşkilatı hadisə yerinə iki araşdırma qrupunun ezam olunduğunu bildirib

 

Dağıntı və tələfat barədə məlumat verilməyib.

 

Qeyd edək ki, ötən il 8 noyabrda İranın Şərqi Azərbaycan vilayətində baş verən 5,9 bal gücündə zəlzələ nəticəsində 5 nəfər həlak olmuş, 700-dən çox insan yaralanmışdı.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top