“Hay-küy qaldırmaqla bizi nəyəsə məcbur etmək olmaz” – MSK sədri

SİYASƏT 27 yan 2020, 20:23

"Müsavat Partiyasından MSK-ya pulsuz efir vaxtı ilə bağlı müraciət daxil olub".


Demokrat.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.


MSK sədrinin sözlərinə görə, müraciətdə qeyd edilib ki, partiyanın 64 dairədən namizədləri qeydə alınıb, ancaq pulsuz efir vaxtı verilmir: “Qanunvericiliyə görə, partiya tərəfindən 60-dan çox namizədi irəli sürülən partiyalara pulsuz efir vaxtı verilir. Ancaq onlardan öz təşəbbüsü ilə namizədliyini irəli sürənlər var. Onlar fikirləşirlər ki, hay-küy qaldırmaqla bu məsələ həll olacaq. Qanunverciliyin tələbi nədirsə MSK ona uyğun addım atır. Hay-küy qaldırmaqla bizi nəyəsə məcbur etmək olmaz”. (Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top