Özünə "Azərbaycanın qulluqçusu" deyən Turgut Cəfəroğlu VƏFAT ETDİ (FOTOLAR)

HADİSƏ 27 yan 2020, 17:40

Bir həftə bundan əvvəl Türkiyədən ağır bir xəbər aldım. Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar Körfəz Azərbaycan Mədəniyyət və İdman Dərnəyinin sədri Turgut Cəfəroğlunun vəfat etdiyini dedi. 


Turgut bəyin vəfatı ailəsi ilə yanaşı Azərbaycan xalqı və dövləti üçün də böyük itkidir. Çünki Turgut bəy Dərnək sədri kimi deyil, Azərbaycan əsilli bir şəxsiyyət olaraq yorulmadan dövlətimiz üçün çalışırdı.


Turgut bəylə ilk tanışlığımız 2018-ci ilin fevral ayına təsadüf edir. Həmin tarixdə Türkiyənin müxtəlif şəhərlərində  Xocalı soyqırımının anım tədbirləri keçirilirdi. Bu tədbirlər səbəbindən məndə Türkiyədə səfərdə idim. 

 


Qeyd edim ki, səfərdə böyük nümayəndə heyəti iştirak edirdi. Turgut bəyin Azərbaycan gələn qonaqlara isti qayğısı mənim diqqətimi çox çəkdi. Ondan Federsiyadakı vəzifsəni soruşduğumda mənə cavabı oldu ki, “VƏTƏNİMİZ Azərbaycanın buradakı qulluqçusuyam”. 


Təmiz Azərbaycan şivəsi ilə danışan bu şəxslə bağlı məndə maraq yarandı. Bilal Dündardan Turgut bəylə bağlı müəyyən məlumatlar almaq suallar verdim. Bilal bəy isə bildirdi ki, Turgut Cəfəroğlu onun yol yoldaşı və etibarlı dostdur. 


Turgut bəyin fəaliyyətindən bəhs edən Bilal bəy 7 il birgə çalışdıqları dedi. Körfəzdə Azərbaycanı dərnəyini yaradıb. Körfəz bələdiyyəsi ilə Göyçay bələdiyyəsi arasında münasibətlərin yaranmasında xidmətləri olub, Körfəz rayonu mərkəzində Xocalı şəhidlərinin xatirəsinə abidəsinin açılmasında böyük fəaliyyəti olub. 


Bilal Dündarın Turgut bəyin fəaliyyəti ilə bağlı dedikləri məni çox qürurlandır. Qururlanma səbəbi isə mənim yaşadığım Dövləti sevənlərin ölkədən kənarda da çox olmasıdır. 


Turgut bəy yaşadığı dövrdə Azərbaycanımız hüdudlardan kənarda tanınması üçün çox çalışdı. 


Azərbaycanın bir sıra tanınmış jurnalistləri adından Turgut Cəfəroğlunun ailəsinə və yaxınlarına başsağlığı veririk! 


Allah sənə rəhmət eləsin!

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top