Əfsanəvi basketbolçunun olduğu helikopterin qəzaya uğrama səbəbi bilindi — SƏS YAZISI

DÜNYA 27 yan 2020, 17:33

Əfsanəvi basketbolçu Kobe Brayant və 13 yaşlı qızının da olduğu helikopterin Kaliforniyada qəzaya uğramasının səbəbləri məlum olub.


“The Sun” xəbər verir ki, qəzaya səbəb kimi erməni əsilli pilot Ara Zobayanın səhvi göstərilir.


Belə ki, A.Zobayan hava şərtlərinə əməl etməyib və çox aşağı məsafədə helikopteri idarə edib.


Bununla bağlı pilotun səs yazısı da yayımlanıb.


Səs yazısını şərh edən Filip Lesurd bildirib ki, hava çox dumanlı olub, mərkəzdən edilən xəbərdarlıqlara pilot məhəl qoymayıb.


Qeyd edək ki, hadisə zamanı beş nəfər həlak olub.

 

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top