Çində tibb bacısının videosu dünya gündəmində: "Hökümət yalan deyir, xahiş edirik bizə kömək edin" — VİDEO

GÜNDƏM 27 yan 2020, 15:54

Çində tibb bacısı hökümətin koronavirusla bağlı açıqladığı rəsmi rəqəmləri yalanlayaraq, 90 min insanın virusa yoluxduğunu bildirdi.


Demokrat.az xarici KİV-ə istinadən xəbər verir ki, Çin höküməti Vuhan şəhərində dünyaya yayılan koronavirusun təxminən 3 min insanın yoluxduğunu bildirsə də, bir tibb bacısının rəsmi rəqəmləri yalanlayaraq çəkdiyi videosu dünya mediasının gündəmini bir-birinə qatıb. O, videoda  90 min insanın bu virusa yoluxduğunu bildirib: “Sosial media vasitəsilə sizə həqiqəti söyləyəcəyəm. Hal-hazırda Hubey əyalətində və ümumiyyətlə Çində virusa 90 min insan yoluxub. Bu videonu izləyənlərin evdən çıxmamalarını tövsiyyə edirəm. Hökumətin nə dediyi vecimizə deyil. Xahiş edirəm Vuhana maska, eynək və geyim bağışlayın. Xahiş edirəm bizə kömək edin".


Qeyd edək ki, dünyanı qorxudan koronavirus səbəbi ilə ölənlərin sayı 80 nəfərə çatıb. Rəsmi rəqəmlərə görə, 461 xəstənin vəziyyəti ağırdır. Vəhşi heyvan ticarətini dayandıran Çin hökuməti virusun təbiətdəki heyvanlardan insanlara keçmiş ola biləcəyini rəsmi olaraq açıqlayıb. Bununla əlaqədar marketlər, supermarketlər, restoranlar və internet üzərindən vəhşi heyvanların satışı qadağa edilib.(Yeniavaz.com)
 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top