Hacı Nuran evlənir ? — Özü açıqladı (VİDEO)

ŞOU-BİZNES 27 yan 2020, 17:07

Teleaparıcı Hacı Nuran Xəzər televiziyasında "X maqazin" verilişinin qonağı olub.


Demokrat.az xəbər verir ki, o, proqramda şəxsi həyatı barədə maraqlı açıqlamalar verib. Aparıcı tələbəlik illərində sevdiyi qıza, hələ uşaq bağçasından aşiq olduğunu bildirib.


Lakin sonradan onlar ayrılmaq məcburiyyətində qalıblar. Daha sonra Hacı Nuran  şirkətlərin birində işə düzəldiyini və orada xanım rəhbərinə vurulduğunu etiraf edib.


"Mən o qadını çox sevirdim. Bütün işimi-gücümü atıb, vaxtımın çoxunu onunla birlikdə keçirirdim. Sonra o, işi ilə əlaqədər ABŞ-a köçdü. O da məni sevirdi, hətta valideynləri ora getməyim üçün mənə bilet də almışdılar. Lakin mən valideynlərimi tək qoyub, gedə bilmədim”- deyə o, bildirib.
Hacı Nuran bu il evlənmək niyyətində olduğunu da açıqlayıb. (ölkə.az)

 

 

 

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top