Füzuli Məmmədov erməni fitnəsinin qurbanlarına sahib çıxdı — VİDEO/FOTO

HADİSƏ 27 yan 2020, 15:02

Bir neçə gün öncə Moskvada tikinti sektorunda çalışan, əslən Azərbaycanın Ağsu rayonunun Abbasxanlı kəndindən olan Hüseynov Asif Həqiqət oğlu və bir neçə yoldaşı həyatlarının təhlükədə olması barədə məlumat yaymışdı.


Belə ki, onlar bir müddətdir həmyerlisi, eyni zamanda Hacıqabulda yaşayan, indi isə Moskavada tikinti sektorunda işləyən Əsgərov Azad Ağamayıl oğlunun dəvəti ilə yurd-yuvasından ayrılaraq çörəkpulu dalınca gedib. 


Azad əsgərov Asiflə yanaşı digər şəxsləri də işə cəlb edir. Bir müddətdən sonra, onları işlətdiyi halda pullarını verməkdən imtina edir. 


Asif müraciətində çıxılmaz durumda olduğunu bildirib. O bildirib ki, nə pulları ödənilir, nə qalmağa yerləri var. 


Şikayət edən soydaşlarımız bildirir ki, Azad Əsgərov onları aldadaraq gətirib ermənilərin obyektində işlədir: 


"Azad bizi müdafiə etmək əvəzinə ermənilərə tərəfkeş çıxır. Bizə onlara qarşı sayqılı olmağı tapşırır. Biz bilsəydik ki ermənilərin obyektində işləyəcəyik gəlməzdik. Burda çoxumuz Qarabağlıyıq, bəzilrimiz şəhid ailəsiyik. Azad bizi aldadıb."


Məsələ ilə bağlı Moderator.az -a danışan Rusiya azərbaycanlıları İttifaqının mətbuat xidmətinin rəhbəri Anar Həsənov soydaşlarımızla maraqlandıqlarını bildirib. 


O bildirib ki, aldadılan soydaşlarımıza yemək verilib və qalmağa yer təklif olunub:


"Füzuli müəllim aldadılan azərbaycanlılara qayğısını əsirgəməyib. O, həmin işçilərin yemək və s. xərclərini qarşılayıb. Onları ilk öncə otellərə yerləşdirib, daha sonra Azərbaycana göndərilməsi üçün hər cür köməklik göstərəcəyik. Həmin işçilərdən birinə artıq bilet də alınıb".
 

Soydaşlarımızı aldadan şəxsi axtararaq tapdıqlarını bildirən qurum rəsmisi, həmin işçilərin pulunun qaytarılması üçün ona vaxt verildiyini də deyib.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top