“Anarı gərək elə yandırıb-yaxam ki, fəxri xiyabanda dəfn olunmağa yalnız külü qalsın...”

SOSİAL 27 yan 2020, 16:41

Xalq yazıçısı Anarın Azərbaycan Yazıçılar Birliyinə yenidən namizədliyini verəcəyini deməsindən sonra yazıçı Əkrəm Əylisliylə aralarında mübahisə davam edir. Anarın bir neçə gün öncə saytımıza açıqlaması zamanı Əkrəm Əylisliylə bağlı səsləndirdiyi fikirlərinə qarşı tərəfin də cavabı gecikməyib. 


Ə.Əylisli Moderator.az-ın redaksiyasına zəng vuraraq hökmən bu cavabının Anara çatdırılmasını xahiş edib:


“Anarın mənə qarşı səsləndirdiyi növbəti, haqsız və mənasız ittihamlarından bir daha belə məlum olur ki, mənim bu dünyada varlığım onu hələ də yandırıb-yaxır. Bu adamın kin-küdurəti artıq o həddə çatıb ki, ən aşağı səviyyədə böhtan atmağı da heç bir vicdan əzabı çəkmədən özünə rəva bilir. Mən indi neyləməliyəm, ölməyə hələ ki, həvəsim yoxdur. Gərək yaşayam və özümün varlığımla Anarı elə yandırıb-yaxam ki, onun fəxri xiyabanda basdırılmağa yalnız külü qalsın. Ona artıq başqa sözüm yoxdur”.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top