Zəlzələ zonasından Azərbaycana gətirilən tələbələrin aqibəti ilə bağlı NAZİRDƏN AÇIQLAMA

GÜNDƏM 27 yan 2020, 15:08

Türkiyədə baş verən zəlzələ ilə əlaqədar 102 azərbaycanlı tələbə bu ölkədən avtobuslarla Naxçıvan Muxtar Respublikasına, oradan da xüsusi aviareyslə Azərbaycana gətirilib.

 

Demokrat.az Trend-ə istinadən bildirir ki, bunu Təhsil naziri Ceyhun Bayramov bu gün keçirdiyi mətbuat konfransında deyib.

 

Türkiyədə baş verən zəlzələ nəticəsində təhsil alan tələbələrimizlə bağlı məsələnin dövlət başçısının xüsusi nəzarətində olduğunu deyən C.Bayramov bildirib ki, hazırda geri qaytarılan tələblər tətildədirlər:

 

"Sonrakı mərhələdə oradakı vəziyyət necə olacaq, tələbələrin dərslərində hansısa fasilə yaranacaqmı və sair suallara müəyyən vaxtdan sonra dəqiq cavab veriləcək. Eyni zamanda, yenə də universitetlər tərəfindən təqdim olunan imkanlar, orada olan şərait, tələbələrin istəyi və seçimi ilə bağlı bir sıra məqamlar nəzərə alınmaqla növbəti addımlar atılacaq".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top