Məmmədyarovla Mnatsakanyanın görüş vaxtı bəlli oldu

SİYASƏT 27 yan 2020, 14:55

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında keçiriləcək növbəti görüşün yeri və vaxtı açıqlanıb.

 

Demokrat.az-ın xəbərinə görə, Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Anna Naqdalyan bildirib ki, XİN başçıları arasında növbəti görüş yanvarın 29-30-da Cenevrədə baş tutacaq.

 

Görüş ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə keçiriləcək.

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top