Ayaz Mütəllibovun səhhətində problemlər yarandı

SOSİAL 27 yan 2020, 14:42

“Son günlər səhhətimdə müəyyən problemlər yaranıb. Bir az xəstələnmişəm. Görünür, havaların soyuq keçməsindəndir”.

 

Bu fikirləri Modern.az-a açıqlamasında Azərbaycanın  keçmiş prezidenti Ayaz Mütəllibov deyib.

 

Ayaz Mütəllibov həmçinin ölkədəki seçki prosesindən də danışıb.

 

“Düzü, budəfəki parlament seçkilərini izləyə bilmirəm. Proseslərdən də xəbərsizəm. Heç dünyada gedən prosesləri də izləyə bilmirəm. Həkimim məsləhət görüb ki, bir müddət siyasi gündəmi izləməyim. Ancaq zamanı gələndə mən də seçkilərlə bağlı mövqeyimi bildirəcəm. İndi danışmasam da olar”, - deyə eks-prezident bildirib.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top