Fəzail Ağamalı şəhid ailələri və əlillərlə görüşdü — VİDEO

GÜNDƏM 27 yan 2020, 12:13

60 saylı Salyan - Neftçala Seçki Dairəsindən deputatlığa namizəd Fəzail Ağamalı növbəti  dəfə 26.01.2020-ci il tarixində Qarabağlı və Təzəkənd ərazisində şəhid ailələri və əlillərlə  görüşüb.

 
Qarabağ döyüşləri zamanı şəhid olmuş, Ağayev Bəxtiyar Vaqif oğlu, Səfərov Qulam Ədalət oğlu, Soltanov Xosrov Qabil oğlu, Muradov Faiq Valeh oğlu, Şahbazov Zaur Əsgər oğlunun ailələri və  eyni zamanda  fiziki məhdudiyyəti olan  Məmmədov Cəlil və Qaraxanov  Abbas ziyarət olunub.


Seçicilər bu addımı yüksək qiymətləndirib, 09 fevral 2020-ci ildə keçiriləcək  parlament seçkilərində Fəzail Ağamalıya səs verəcəklərini bildirdilər.

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top